Azərbaycanda kişi balta ilə öldürüldü: Oğlu tutuldu

Oxunma sayı: 208
Kriminal       10 İyun 2021, 09:32
Azərbaycanda kişi balta ilə öldürüldü:     Oğlu tutuldu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyunun 9-da Quba rayonu, Sofikənd kənd sakini Sadıq Ramazanovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Azmedia.Az xəbər verir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Quba rayon Prokurorluğudan məlumat verilib. 

Aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin oğlu Rəvan Ramazanov yaşadıqları evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı balta ilə Sadıq Ramazanovun sinə və baş nahiyəsinə xəsarətlər yetirərək qəsdən öldürüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Rəvan Ramazanov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə istintaq davam edir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar