Dörd yaşayış məntəqəsinin yolu yenidən qurulur -FOTO

Oxunma sayı: 185
Ölkə       10 İyun 2021, 10:36
Dörd yaşayış məntəqəsinin yolu yenidən qurulur    -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Qusar rayonunda dörd yaşayış məntəqəsinin yolu yenidən qurulur. 

Azmedia.Az Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin verdiyi məlumata görə bildirir ki, uzun müddət əsaslı şəkildə təmir olunmayan Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun eni və uzunu tikinti norma və standartlarına uyğun deyildi. 

Hazırda təmir işləri aparılan yolun eni 10 metrə qədər genişləndirilir. Sözügedən yol boyu işlər texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək sürətlə aparılır. 

Layihənin sonuncu mərhələsində kilometr göstəricisi, yol nişanı və məlumatverici lövhə, həmçinin siqnal dirəklərinin quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq və vətəndaşlarımızın istifadəsinə veriləcək.

Qusar-Qayakənd-Avaran-Xürəl avtomobil yolunun yenidən bərpası ərazidə yaşayan 8 minə yaxın əhalinin daha rahat gediş-gəlişini təmin edərək yük və sərnişin daşımasını asanlaşdırmaqla iqtisadiyyatın daha da inkişafına müsbət təsir göstərəcək.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar