İsveçrədə rusiyalı iş adamı saxlanılıb

Oxunma sayı: 137
Hadisə       10 İyun 2021, 12:45
İsveçrədə rusiyalı iş adamı saxlanılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“M13” adlı onlayn şirkətin sahibi Vladislav Klyuşin maliyyə fırıldaqçılığında təqsirləndirilərək ABŞ-ın tələbi ilə İsveçrədə saxlanılıb.

Azmedia.Az “Komsomolskaya pravda”ya istinadən xəbər verir ki, həbs 21 may tarixində Valais kantonunda baş tutub. Həbs qərarı Massaçussets məhkəməsi tərəfindən verilərək daha sonra sənədlər İsveçrəyə göndərilib. Klyuşinin vəkilləri həbsin siyasi motivli olduğunu hesab edir.

Rusiya Xarici İşlər Nazirliyi hazırda ABŞ-ın tələbi ilə İsveçrədə bir Rusiya vətəndaşının həbs olunması ilə bağlı məsələni araşdırdığını açıqlayıb.

Bildirilir ki, Rusiya XİN daha əvvəl iş adamlarına üçüncü ölkələrdə ABŞ-ın tələbi ilə saxlanılma riskinin olduğu barədə xəbərdarlıq etmişdi.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar