AFFA uşaqlar üçün Avro-2020-nin oyunlarına bilet hədiyyə edib -FOTO

Oxunma sayı: 135
Ölkə       10 İyun 2021, 15:35
AFFA uşaqlar üçün Avro-2020-nin oyunlarına bilet hədiyyə edib     -FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası İctimai Birliyi, YAŞAT fondu, LU-MUN, Qadın və Uşaq Sığınacağı, COVID-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılması barədə qərar qəbul edib. 

Azmedia.Az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

İyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı Olimpiya Stadionunda AFFA-nın nümayəndəsi tərəfindən adı qeyd olunmuş qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.

Təşəbbüsün hədəf kütləsi uşaqlardır.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar