Koronavirusa qarşı olan vaksinin ikinci dozası maksimum nə qədər müddət sonra vurulmalıdır?

Oxunma sayı: 239
Sağlamlıq       10 İyun 2021, 17:20
Koronavirusa qarşı olan vaksinin ikinci dozası maksimum nə qədər müddət sonra vurulmalıdır?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Hazırda Azərbaycanda koronavirus əleyhinə vurulan peyvəndlər iki dozalıdır. Birinci dozanı vurdurandan 14 gün sonra anticisimlər yaranmağa başlayır”.

Azmedia.Az-ın məlumatına görə, Səhiyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən işçi qrupun üzvü Nailə Daşdəmirova bildirib.

Onun sözlərinə görə, vətəndaş peyvəndin birinci dozasından 28 gün sonra ikinci dozanı vurdurmalıdır:

“Bu müddət ərzində üzrlü səbəbdən ikinci dozanı vurdura bilməyən şəxslərə 56 gün şans verilir”.

N. Daşdəmirova qeyd edib ki, şans verilən müddətdə peyvəndin ikinci dozasını vurdurmayanlar artıq növbəti altı ay üçün gözləməli olacaq və yenidən peyvənd vurduracaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar