43 yaşlı kişidən 4 gündür XƏBƏR YOXDU

Oxunma sayı: 324
Ölkə       11 İyun 2021, 02:35
43 yaşlı kişidən 4 gündür     XƏBƏR YOXDU

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ağdamda 4 gündür itkin düşən 43 yaşlı kişinin axtarışları davam edir.

 

Azmedia.Az xəbər verir ki, itkin düşən Cəsarət Hətəmxanovun atası Səyyaf Hətəmxanovun APA-ya verdiyi xəbərə görə, yoxa çıxdığı gün Ağdamın işğaldan azad olunan ərazilərindən şəkil göndərən oğlunun axtarışına ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları cəlb olunub. Onun sözlərinə görə, Cəsarət Hətəmxanovun tkin düşdüyü ehtimal olunan yerlərdə dronla axtarış aparılır.

 

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyir. Sonuncu dəfə 4 gün əvvəl işlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib.

C.Hətəmxanovu görən şəxslərdən Daxili İşlər Nazirliyinin 102 xidmətinə və onun atası Səyyafa Hətəmxanova məxsus (050) 302 3563 mobil nömrəsinə xəbər vermələri xahiş olunur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar