Makrona şillə vuran şəxsin cəzası bəlli oldu

Oxunma sayı: 451
Dünya       11 İyun 2021, 06:00
Makrona şillə vuran şəxsin cəzası     bəlli oldu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Valans məhkəməsi Fransa prezidenti Emmanuel Makrona şillə vurmuş Demyen Tarel barəsində hökm verib.

 

Azmedia.Az bildirir ki, ria novosti BFMTV telekanalına istinadən məlumat verir ki, o, dörd ay müddətində azadlıqdan məhrum edilib.

 

Tarelin müdafiəçiləri 10 gün ərzində məhkəmə qərarından şikayət verə bilər.

Xatırladaq ki, insident prezidentin Drom regionuna səfəri zamanı baş verib.

 

Dövlət başçısı yerli sakinlərə yaxınlaşaraq onlarla söhbət etməyə başlayıb. Bu zaman kütlə arasında olan Damyen ona nəsə deyərək üzünə şillə vurub.

 

Fransalı siyasi və ictimai xadimlər Tarelin bu hərəkətini qınayıb, Makron özü isə məsələni şişirtməməyə çağırıb və sakinlərlə görüşlərini davam etdirəcəyini bildirib.//oxu.az

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar