Deputat Ermənistanın dünənki təxribatından danışdı

Oxunma sayı: 219
Ölkə       11 İyun 2021, 12:45
Deputat Ermənistanın     dünənki təxribatından danışdı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Ordumuz Vətən müharibəsində Ermənistan ordusunu darmadağın etdi. Bu gün bütün sahələrdə Ermənistanda hökm sürən xaos onu göstərir ki, onların dağıdılmış ordu qalıqları ayrı-ayrı şəxslərin əlində alətə çevrilib. Dünən Kəlbəcər istiqamətində Ermənistan tərəfindən törədilən təxribat Ermənistanda baş tutacaq seçki ərəfəsində edilən hərəkətdir".

 

Azmedia.Az  sonxeber.az-ın xəbərinə istinadən bildirir ki, bunu Milli Məclisin deputatı Cavid Osmanov parlamentin bu gün keçirilən iclasında deyib.

 

"İyunun 4-də Kəlbəcərin Susuzluq kəndində minaya düşərək iki jurnalist olmaqla, 3 mülki şəxs minaya düşərək həlak olub.

 

Bu hadisədə Ermənistan üzərindən yayılmış tezislərdən çıxış edənlər 1993-cü ildə qaçıb gizlənməyə yer axtaran AXC-Müsavat rəhbərliyi, erməni lobbisinin himayəsində olanlar Qərbdə ayrı-ayrı "klaviratura qəhrəmanları" Azərbaycanı bununla hədəfə götürürlər.

 

Dünən baş verən təxribata görə də Azərbaycanı günahlandıracaqlar?! Bu qədər xəyanət ola bilməz. 1993-cü ilin iyun ayının hadisələrini bir daha onların yadına salmaq istəyirəm.

 

Azərbaycan xalqını bir daha belə mənfur xəyanətkarlara inanmamağa çağırıram", - deputat vurğulayıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar