Metronun qrafikinə dəyişiklik edildi - RƏSMİ AÇIQLAMA

Oxunma sayı: 433
Ölkə       11 İyun 2021, 14:00
Metronun qrafikinə dəyişiklik edildi -     RƏSMİ AÇIQLAMA

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gündən Azərbaycanda futbol üzrə Avropa çempionatı start götürür. İyulun 11-dək davam edəcək yarış günlərində "Bakı Metropoliteni" QSC gücləndirilmiş rejimdə çalışacaq və yarış günlərində Bakı metrosunda iş saatlarında dəyişiklik ediləcək.

 

Azmedia.Az  sonxeber.az-a istinadən  xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, bəzi günlərdə yarışlar gec saatlarda keçiriləcəyindən tamaşaçıların mənzil başına rahat çatması üçün metroda iş saatlarının uzadılması müzakirə olunur.

 

B.Məmmədov həmçinin deyib ki, 12 iyun və 20 iyunda şənbə-bazar olmasına baxmayaraq, metroda sənişindaşıma dayandırılmayacaq:

 

"Həmçinin oyunların keçirilməsi nəzərdə tutulan digər şənbə-bazar günlərilə bağlı da müzakirələr aparılır".

 

Xatırladaq ki, Nazirlər Kabinetinin 26 may 2021-ci il tarixli 151 №-li qərarına uyğun olaraq, aşağıdakı müddətlərdə ictimai nəqliyyatın, o cümlədən Bakı metropoliteninin sərnişindaşıma fəaliyyəti göstərməyəcəyi açıqlanıb:

 

- 5 iyun saat 00:00-dan 7 iyun saat 06:00-dək;

- 13 iyun saat 00:00-dan 14 iyun saat 06:00-dək;

- 19 iyun saat 00:00-dan 20 iyun saat 06:00-dək;

- 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar