İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb

Oxunma sayı: 258
Texnologiya       19 Noyabr 2019, 15:26
İlk “ağıllı” “Nokia” televizorunun xüsusiyyətləri açıqlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tezliklə ilk "ağıllı" "Nokia" televizoru təqdim ediləcək.

 

Azmedia.Az ictnews.az-a istinadən bildirir ki, artıq "Nokia" televizoru Hindistan Standartlar Bürosunda sertifikatlaşdırmadan keçib. İstehsalçının məlumatına görə, televizor "4K" təsvir ölçülü 55 düym diaqonallı ekranla təchiz ediləcək. Qurğunun təsvirində daha yaxşı kontrasta və daha dərin qara rəngə nail olmağa imkan verən "ağıllı" tündləşdirmə texnologiyasından istifadə edildiyi qeyd olunur. Digər istehsalçılar tərəfindən bu funksiya lokal tündləşdirmə adlanır. Bundan əlavə, yeni qurğuda "JBL" akustikasından istifadə nəzərdə tutulur.

 

Məlumata görə, "Android 9 Pie" əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək "Nokia" televizoru "Google Play" əlavələr mağazası ilə təchiz ediləcək. Modeldə "Android TV" və ya şirkətin şəxsi proqram təminatından istifadə ediləcəyi barədə məlumat verilmir.

 

İlkin məlumata görə, "Nokia" televizoru Hindistanda istehsal olunmaqla yaxın vaxtlarda bu ölkədə təqdim ediləcək. Yeni məhsulun digər regionlarda satışa çıxarılacağı barədə açıqlama verilmir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar