Google Asistent uşaqlara valideynlərinin səsi ilə nağıl dinlədə biləcək - VİDEO

Oxunma sayı: 264
Texnologiya       26 Noyabr 2019, 11:40
Google Asistent uşaqlara valideynlərinin səsi ilə nağıl dinlədə biləcək    - VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Google səsli asistenti təkminləşməyə davam edir. 

 

Azmedia.az xəbər verir ki, keçən günlərdə rezerv işləri üçün bəzi funksiyalar qazanan asistent bu səfər isə uşaqlara nağıl dinlədə biləcək, həm də öz valideynlərinin səsi ilə. My Storyline adlı funksiya ilə artıq valideynlər öz səslərini asistentə qeyd edərək nağılların bu səs vasitəsilə uşaqlara səsləndirilməsini mümkün edə biləcəklər. 

 

Bu funksiya əsasən valideynlərin uşaqdan uzaqda olduqları vaxtlar üçün hazırlanıb. Həmçinin Google hekayələri və səsi uzaqdan qeyd etmək üçün də bir sayt hazırlayıb. Bura daxil olaraq səsinizi və nağılı sayt üzərindən səsli asistentə qeyd edə bilərsiniz. 

 

Qeyd edək ki, bu funksiyanın işləməsi üçün Google Nest cihazı lazımdır, lakin ölkəmizdə Google cihazları satılmadığı üçün təəsüf ki, istifadə edə bilməyəcik. Digər tərəfdən Google-ın bəzi Nest funksiyalarını telefonlardakı Google Asistenti üçün də gətirdiyini nəzərə alsaq, çox güman mobil cihazlarımız vasitəsilə də My Storyline funksiyasından istifadə edə biləcik.

 

Qaragöz Dadaşova

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar