Bakı metrosundakı sıxlığın ŞOK SƏBƏBİ üzə çıxdı - Sən demə, BNA...

Oxunma sayı: 382
Ölkə       26 Noyabr 2019, 14:55
Bakı metrosundakı sıxlığın ŞOK SƏBƏBİ üzə çıxdı     - Sən demə, BNA...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az Redaktor.az-a istinadən xəbər verir ki, son günlər nəqliyyat ekspertləri mövcud problemin əsəs səbələrindən birinin sərnişin avtobuslarının hərəkət istiqamətinin düzgün seçilməməsi ilə əlaqələndirirlər. Məsələn, metronun “Əhmədli” stansiyasından “Avtovağzal” stansiyasına qədər cəmi 1 avtobus - “7A” nömrəli sərnişin avtobusu hərəkət edir.

 

Nəzərə alsaq ki, “7B” nömrəli sərnişin avtobusunun isə hərəkət istiqaməti Yeni Yasamal parkından-Koroğlu Nəqliyyat Mübadilə Mərkəzinədəkdir. O zaman metrodakı sərnişin sıxlığı hələ uzun müddət davam edəcək. Yəni, şəhərin bu başından o biri başına gedib-gələn sərnişinlər məcburi metrodan istifadə edirlər.

 

Məsələ ilə bağlı açıqlama verən Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda avtobusların hərəkət xətlərinin optimallaşdırması işləri gedir:

 

“Bu çərçivədə mövcud marşrut xətləri, eləcə də prespektiv xətlər təhlil olunur. İndidən nəsə bir fikir demək çətindir. Düşünürəm ki, bu kimi məsələlərə baxılacaq və uyğun qərar veriləcək”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar