Sizin reklam yeriniz Ölçü: 679x60
(+994 50) 721 55 55
Whatsapp Beta versiyasında aktiv olan bəzi yenilikləri artıq yavaş-yavaş stabil versiyaya inteqrasiya etməyə başlayıb.
Azmedia.az xarici KİV-lərə istinadən xəbər verir ki, uzun test mərhələlərindən sonra əgər müsbət geri dönüşlər əldə edilərsə bu funksiyalar stabil hala keçirilir və bütün istifadəçilərə təqdim edilir.
Bu səfər isə Whatsapp-ın ənənəvi olaraq ilk öncə iOS-a verdiyi 3 yeni funksiyadan bəhs edəcəyik.
Whatsapp'ın iOS versiyasına 2.19.120 yenilənməsi əldi və 3 yeni funksiya istifadəyə verildi.
Mobil cihazlarda olan "Zəng Gözlətmə" funksiyası artıq Whatsapp-da mövcuddur. Yəni Whatsapp ilə kimləsə danışarkən başqa biri Whatsapp üzərindən sizə zəng edərsə hal-hazırda danışdığınız şəxsi gözlədib digər zəngi aça biləcəksiniz.
Digər bir yenilik istifadəçilərin mesajlara daha sürətli baxa bilməsi üçün mesaj ekranının daha da optimallaşdırılmasıdır.
3-cü yenilik isə artıq sizi kimlərin Whatsapp qruplarına əlavə edə biləcəyini seçə biləcəksiniz. Bunun üçün Ayarlar>Hesab>Təhlükəsizlik>Qruplar menyusuna daxil olmağınız kifayətdir.
Qeyd edək ki, bu funksiyaları istifadə edə bilmək üçün Whatsappın son versiyasını yükləməlisiniz.
Qaragöz Dadaşova