Dünyanın ən ağıllı diş fırçası

Oxunma sayı: 276
Texnologiya       3 Dekabr 2019, 12:30
Dünyanın ən ağıllı diş fırçası

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Oral-B"nin ağıllı diş fırçası olan Genius X-in ardınca, özəllikləri ilə fərqlənən Oclean X Pro diş fırçası ortaya çıxdı. Bu diş fırçası dünyanın ən ağıllı diş fırçası olaraq qeyd olunur. 

 

Azmedia.az xəbər verir ki, Ağıllı diş fırçası rəngli ekranı ilə bütün fırçalardan seçilir. Diş fırçasındakı sensor ekran sayəsində istifadəçilər diş təmizliyi ilə bağlı bütün məlumatları öyrənə bilir. 4 fərqli fırça növünün yer aldığı diş fırçasında fərqli fırça proqramları mövcuddur.

 

2 saat ərzində enerji yığa bilən Oclean X Pro   İOS və Android sistemli telefonlarda rahat şəkildə işləyir. IPX7 sertifikatı sayəsində suya qarşı dayanıqlı olan fırça, 1 illik zəmanət ilə təqdim edilir. Diş fırçasının satışınin 2020-ci ilin yanvar ayında və təxmini 50 dollar olacağı gözlənilir. 

 

Qaragöz Dadaşova

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar