Tik-Tok artıq İnstaqramda!

Oxunma sayı: 288
Texnologiya       3 Dekabr 2019, 13:30
Tik-Tok artıq İnstaqramda!

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xəbər verir ki, İnstagramın hekayələr bölməsinə  yeniliklər əlavə olunacaq. Bu yeniliklərin "Tik-Tok" dan kopyalanacağı söylənilir. 

 

Daha əvvəl "Snapchat"dan da bir çox özəlliklər istifadə edən İnstaqram, indi də "Tik-Tok" a yönəlib. 

 

İddialara görə bəzi özəlliklərlə yanaşı, eyni zamanda istifadəçilərin kliplərinə real effektlər və arxa plan musiqiləri də əlavə olunacaq. 

 

Bundan başqa, çəkilən videonun sürətində də dəyişiklik edilməsinə icazə veriləcək. 

 

Bu özəlliklər "səhnələr" adı altında təqdim ediləcək. Qeyd edək ki, sadalanan özəlliklərin nə zaman istifadəçilərə təqdim ediləcəyi haqqında məlumat verilməyib. 

 

Qaragöz Dadaşova 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar