Google-ın yaradıcıları idarəçilikdən imtina etdilər

Oxunma sayı: 213
Texnologiya       4 Dekabr 2019, 13:30
Google-ın yaradıcıları idarəçilikdən imtina etdilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xəbər verir ki, dünyanın ən dəyərli şirkətlərindən biri olan "Google"un yaradıcıları Larry Page və Sergey Brin vəzifələrini Sunday Pichai-ə ötürüblər.

 

İkili "ikimiz də şirkəti bizdən daha yaxşı idarəedəcək birini gördüyümüzdə idarəçiliyi buraxmaq istəməyən insanlardan deyilik" deyə açıqlama verib.

 

Onlar, eyni zamanda şirkətə məsləhət və sevgilərini göstərəcəklərini ancaq günlük işlərinə qarışmayacaqlarına və Pichai-nin rəhbərliyindən əmin olduqlarını bildiriblər. 

 

Sunday Pichai 47 yaşında Hindistanda doğulmuş və mühəndislik təhsili almışdır. ABŞ-da Stanford və Pennsylvaniya Universitetlərində oxuduqdan sonra 2004-cü ildə Google-da işləməyə başlamışdır.

 

Yeni vəzifəsi haqqında açıqlama verən Pichai çox həyəcanlı olduğunu və "qurucularımız dünyaya daha yaxşı xidmət göstərməyimiz üçün bizə çox böyük şans verdi. Onlar sayəsində zamansız bir vəzifəmiz var" dedi. 

 

Qaragöz Dadaşova 

 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar