Havadan və elektrikdən qida alındı

Oxunma sayı: 381
Texnologiya       10 Dekabr 2019, 07:30
Havadan və elektrikdən qida alındı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xəbər verir ki, Finlandiya şirkəti "Solar Foods" hava, su və elektrikdən hazırlanan qida məshulları istehsalına başlayır. Helsinki yaxınlığında pilot fabrik açılıb. Yeni növ qida quru süd tozuna bənzər zülal tərkibli olacaq.

 

Fabrik pivə istehsalı sxemi ilə işləyir. Suyun elektrolizi nəticəsində sudan hidrogenium adlı kimyəvi element alınır. Onu karbon qazı və mikroelementlərlə zənginləşdirib alınmış kütləyə bakteriya kolonları əkirlər. Bakteriyalar tərkibi 60% zülal və amin turşusundan ibarət hüceyrələr hasil edir. Bu tərkib soyaya yaxındır. Termoişlənmədən sonra qidalı toz alınır ki, onu makaron, çörək və un məmulatlarına qatıb zülalı artırmaq mümkün olacaq.

 

Fabrik günəş batareyaları ilə çalışır. Finlandiya startapına Avropa Birliyi tərəfindən bir milyon avro investisiya yatırılıb. Bütün bu layihələr gələcəkdə Yer üzündə ciddi qida çatışmazlığı təhlükəsinin qarşısının alınması məqsədilə dəstəklənir.

 

Qaragöz Dadaşova

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar