"Bakıya tez getmək üçün icazə almışıq" - Vladimir Petkoviç

Oxunma sayı: 364
İdman       10 Dekabr 2019, 15:45
"Bakıya tez getmək üçün icazə almışıq" - Vladimir Petkoviç

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avro-2020-də qrup mərhələsinin 2 oyununu Bakıda keçirəcək İsveçrə millisinin baş məşqçisi Vladimir Petkoviç ölkə mətbuatına müsahibə verib.

 

Azmedia.az qol.az-a istinadən xəbər verir ki, 56 yaşlı mütəxəssis iyunda paytaxtımızda oynanılacaq görüşlərə hazırlıq baxımından şəhərimizə bir neçə gün tez gəlməyi qərar verdiklərini bildirib: "Komandada qalıb-qalmayacağımla bağlı qərarın fevralda veriləcəyinə ümid edirəm. Bu günə qədər əldə etdiyim nəticələrdən razıyam. Komandada gənc heyət qurulub. Hiss edirəm daha da çox irəliləyə bilərik. Avro-2020-də Bakıda keçirəcəyimiz oyunlara hazırlıq baxımından bu şəhərə 5-6 gün öncədən getmək üçün UEFA-dan icazə almışıq. Bu amil bizə mühitə uyğunlaşmağa da imkan verəcək. Bununla yanaşı turnir vaxtı əsas məşq bazamız Romada olacaq".

 

Qeyd edək ki, A qrupunda yer alan İsveçrə millisi Bakı Olimpiya Stadionunda Türkiyə və Uelslə, Romada isə İtaliya ilə qarşılaşacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar