Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edir

Oxunma sayı: 354
Cəmiyyət       10 Dekabr 2019, 15:49
Heydər Əliyev Beynəlxalq Aeroportu yeni aviaşirkətləri cəlb edir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Marşrut şəbəkəsini genişləndirmək və sərnişin axınını artırmaq məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportu iri sərnişin aviadaşıyıcılarının cəlb edilməsi və yeni istiqamətlərin açılması üzrə genişmiqyaslı işlər aparır.

 

Azmedia.az bildirir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, hava limanının rəhbərliyi dünyanın müxtəlif şəhərlərindən Bakıya müntəzəm uçuşlar həyata keçirə biləcək beynəlxalq sərnişin hava yolları ilə fəal danışıqlar aparır.

 

"Bu fəaliyyət çərçivəsində 2019-cu il ərzində hava limanına beş yeni aviaşirkət - "Kuwait Airways", "UrAirlines", "Smartavia", "Flynas", "Pegasus" uçuşlar həyata keçirməyə başlamışdırlar. Ümumilikdə isə, keçən ildən bu yana yeni aviaşirkətlərin sayı 11-ə çatmışdır. Onların arasında "Etihad Airways", "IranAir",  "GulfAir", "Arkia", "Nordwind" və s. kimi aviaşirkətlər var", - Teymur Həsənov bildirmişdir.

 

Bu gün Heydər Əliyev Beynəlxalq Aeroportu 60 beynəlxalq istiqamət üzrə uçuşlar yerinə yetirən 34 aviaşirkətə xidmət göstərir. 34 aviaşirkətin doqquzu - "Buta Airways" (21 istiqamət), "WizzAir" (Budapeşt), "AirBaltic" (Riga), "Pegasus Airlines" (İzmir), "Flynas" (Ər-Riyad), "FlyDubai" (Dubay), "AirArabia" (Sharjah), "Jazeera Airways" (Küveyt), "Smartavia" (Sankt-Peterburq) daxil olmaq ilə aşağıbüdcəli aviaşirkətdir.

 

Həsənov bildirmişdir ki, yeni uçuşların açılması və sərnişin aviaşirkətlərinin cəlb edilməsi Bakının hava limanından uçuşların coğrafiyasını genişləndirəcək və sərnişinlərə uzaq məsafəli və rahat uçuşlar üçün daha çox imkanlar yaradacaq.

 

Son beş il ərzində Bakının hava limanında sərnişin axınının artımı 62% təşkil etmişdir və proqnozlara əsasən, 2019-cu ildə sərnişin axını təxminən beş milyon nəfər təşkil edəcək.

 

Heydər Əliyev Beynəlxalq Aeroportu milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" və Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkəti "Buta Airways"in baza hava limanıdır. AZAL və "Buta Airways"in təyyarələri Avropa, Asiya və Amerikanın 40-dan çox şəhərinə eniş edirlər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar