Hər bir evdə olan bu tərəvəz ölüm saçır

Oxunma sayı: 264
Maraqlı       11 Dekabr 2019, 08:15
Hər bir evdə olan bu tərəvəz ölüm saçır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Soğan insan qidasının faydalı tərkib hissəsidir. Soğanın tərkibində bir çox vitamin, ferment, mineral duzlar, fosfor, yod və silisium var. Soğan bakteriya yığdığından, tibbdə də soyuqdəymənin qarşısını almaq üçün istifadə olunur. Ancaq mətbəxdə yeməklərə istifadə etdiyimiz soğanı vaxt çatışmamazlığından bir çox qadınlar soyub saxlayır.

 

Azmedia.az Evdar.az-a istinadən xəbər verir ki, yəhudi ensklopediyası Talmudda Rabbi Şimon Bar İoxay bildirir ki, qabığı soyulmuş və bir gecə qalan soğanı yemək onu yeyən şəxsə həddən artıq zərər verə bilər. Qeyd edir ki, doğranmış soğanın bir hissəsini, hətta soyuducuda belə saxlamayın.

 

Unutmayın ki, ertəsi gün bişirmək üçün doğranmış soğandan istifadə etmək təhlükəlidir. Bu soğan infeksiyaya və hətta qida zəhərlənməsinə səbəb ola biləcək bakteriya yığır.

 

Bu problemin bir neçə mümkün həlli var. Bütöv soğanı qabığından ayırmasanız və ya üzərində kökünü saxlasanız, həmçinin doğranmış soğana duz əlavə etsəniz, onun saxlanmasında problem olmayacaqdır.

 

Qaragöz Dadaşova

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar