Azərbaycanda ilk internet serialı çəkilir - Bu dəfə həkim olacaqlar

Oxunma sayı: 798
Yerli       10 Dekabr 2019, 17:44
Azərbaycanda ilk internet serialı çəkilir   - Bu dəfə həkim olacaqlar

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycanda ilk dəfə internet serialının çəkilişlərinə başlanılıb.

 

Azmedia.az xəbər verir ki, Azərbaycan Film Akademiyasının istehsalı olan, tibbi mövzudan bəhs edən ekran işi “Sayrışan işıqlar” adlanır.

 

Serialda baş rolları Rəşad Kəsəmənli, Aysel Nazim, Elnar Qarayev canlandırır. Layihənin rəhbəri və quruluşçu rejissoru Zaur Tahirsoy internet serialını izləyicilərin maraqla qarşılayacağına inandığını deyib:

 

“Azərbaycanda belə təşəbbüsə ilk cəhd etmək cəsarətlə bərabər fədakarlıq da tələb edirdi. Hələ 2016-cı ildə bu layihə haqqında danışanda bizi ciddiyə almırdılar. Amma bu gün layihəmə inanan və işinə sevgiylə yanaşan komanda ilə bu işin öhdəsindən gəldik. Dekabrın ortalarına layihəmiz təqdim olunacaq, böyük qala gecəsi keçirəcəyik. Ondan sonra bölümlər “Medplus TV” yutub kanalına yüklənəcək.

 

İnanıram ki, bu layihədən cəsarətlənərək bir çox kino istehsalçıları internet serialına start verəcək. Çünki bu sahənin inkişafı Azərbaycan kino sektoruna yeni nəfəs gətirəcək. Filmin quruluşçu operatoru Elvin Əsgərov, ikinci rejissoru Böyükağa Əliyev, səs rejissoru Vüqar Sübhandır”.

 

Aktrisa Aysel Nazim isə bildirib ki, ilkə imza atmaq hər zaman onu həyəcanlandırır: “Həmişə düşünürdüm ki, bizdə niyə internet serialları çəkilmir. Bilirəm ki, bu maddiyyat tələb edir. Sponsorlar, şirkətlər bu cür layihələrdən qaçmamalıdır. Maraqlı bir layihədə olmaq məni həyəcanlandırır. Uğurlu iş olacağına inanıram. Bütün komandaya uğurlar arzulayıram”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar