Bakıda dəhşətli qəzada ölən şagirdin “sevgi məktubu” tapıldı - FOTO

Oxunma sayı: 404
Hadisə       11 Dekabr 2019, 10:10
Bakıda dəhşətli qəzada ölən şagirdin “sevgi məktubu” tapıldı     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Gecə saatlarında “KaMAZ” markalı yük maşınının vuraraq öldürdüyü şagirdlərdən birinin məktubu tapılıb. 

 

Azmedia.az xəbər verir ki, oxu.az-ın ərazidə olan əməkdaşının aşkarladığı dəftərdə hadisə zamanı həyatını itirən şagirdin sevdiyi şəxsə yazdığı qısa məktub (əslində, mahnı sözləridir - red.) diqqət çəkib. 

 

Görünür, o, ölməzdən əvvəl sevdiyi şəxsə məktub yazıb. Məktubda deyilir:

 

“Düşün, xəyalı özündən gözəl qoxan bir qadın, çatlamış dodaqların qırmızı və şirin dadı. Hər səsdə eşidir adını qulağım. İşimin adı sənsən, bir də siqaret hərdən başımı qatır. Sən gedəndən hər gün öldüm. Həbs oldum gözlərinə, nə bir işıq, nə bir gün gördüm. Yanımda olmadan necə sol yanımda öldün sən? Öldürdün xəyalları, sən də xəyallarımda öldün sən olmayan gecələr...”

 

Qeyd edək ki, ötən gün axşam satlarında Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Daş bazarı” adlanan ərazidə hərəkətdə olan “KaMAZ” markalı yük maşını yolu keçmək istəyən qız və oğlanı vurub. Hər iki şəxs aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

 

Bildirək ki, ilkin məlumatlarda ölənlərin tələbə olduğu qeyd edilirdi.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar