Əli Əhmədov: "Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır"

Oxunma sayı: 390
Siyasət       11 Dekabr 2019, 11:32
Əli Əhmədov: "Bu gündən növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Yeni Azərbaycan Partiyası vaxtı çatanda növbədənkənar parlament seçkilərinə öz namizədlərinin siyahısını elan edəcək. Bu gündən qanunvericiliyə uyğun olaraq növbədənkənar parlament seçkilərinin rəsmi startı başlayır".

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi - Sədr müavini Əli Əhmədov deyib.

 

O qeyd edib ki, bu siyahı əsasında da seçki kampaniyası uğurla həyata keçiriləcək: "Bizim vaxtımıza hələ var. Siyahının üzərində iş gedir. Vaxtı çatanda siyahı açıqlanacaq. YAP-ın namizədlər siyahısında tanınmış adamlar olacaq. Hesab edirəm ki, burada yeni və əvvəlki tərkibdə olan simaları da görəcəksiniz. Düşünürəm ki, vətəndaşlarımız YAP-ın təqdim edəcəyi siyahının kifayət qədər ümidverici və Azərbaycan parlamentinin fəaliyyətinin daha da artırılmasına kömək edəcək insanlar olacağını görəcək və inanacaqlar".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar