İqlim dəyişikliyinin nəticələri dünya şirkətlərinə 2,3 trilyon dollara başa gələ bilər

Oxunma sayı: 590
Maraqlı       11 Dekabr 2019, 20:55
İqlim dəyişikliyinin nəticələri dünya şirkətlərinə 2,3 trilyon dollara başa gələ bilər

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hökumətlər tərəfindən iqlim dəyişikliyi ilə bağlı normativ tələblərin sərtləşdirilməsi nəticəsində dünyanın müxtəlif kompaniyalarının kapitalı 2,3 trilyon dollar azala bilər.

 

Azmedia.Az AZƏRTAC-a istinadən bildirir ki, bu hesablamanı BMT-nin Principles for Responsible Investment (İnvestisiya məsuliyyəti prinsipləri) maliyyə təşəbbüsü təşkilatı aparıb. Təşkilatın proqnozuna görə, bundan ən çox kömür (44 faiz) və neft-qaz kompaniyaları (31 faiz) zərər çəkəcək. Elektromobillərə investisiya yatıran avtomobil istehsalçıları və elektrik enerjisi kompaniyaları isə əksinə, xeyli gəlir əldə edəcək. Onların kapitalının iki dəfə artacağı gözlənilir.

 

İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupunun Koreya Respublikasının İnçhon şəhərindəki görüşünün nəticələrinə əsasən dərc olunan xüsusi məruzəyə görə, planetdə temperatur artımının 1,5 dərəcədə saxlanılması su resurslarının 2100-cü il üçün nəzərdə tutulan defisitini 50 faiz azaltmağa imkan verəcək. Həmçinin ekspertlər belə nəticəyə gəliblər ki, 2010-cu illə müqayisədə 2030-cu ilədək atmosferə karbon qazının atılmasını 35 faizə qədər azaltmaq, 2050-ci ilə qədər isə tamamilə dayandırmaq lazımdır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar