Xələf Xələfov: "Azərbaycan və Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil"

Oxunma sayı: 469
Siyasət       12 Dekabr 2019, 13:34
Xələf Xələfov: "Azərbaycan və Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Azərbaycan və Gürcüstan sərhədində baş verən insident təxribat xarakterli deyil".

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

 

O qeyd edib ki, bu proses müəyyən səhvlərdən baş verir: "Bu cür hadisələr adətən sərhəd xidmətləri arasında görüşlər vasitəsilə həll olunur. Bu dövlətlərarası səviyyədə həll olunası məsələ deyil".

 

Xatırladaq ki, dekabrın 6-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Şəmkir sərhəd dəstəsinin "Cey­rançöl" adlanan ərazinin yaxınlığındakı sərhəd zastavasının xid­məti ərazisində 1 nəfər çobanın qoyun sürüsü ilə Azərbaycan ərazisinə keçməsi müşahidə olunub.

 

Sərhəd naryadı tərəfindən qoyun sürüsü ərazidən çıxarılarkən sürünü qoruyan 10-a qədər it sərhəd naryadına hücum edib. Sərhəd naryadı həyatına təhlükə yaran­ması ilə əlaqədar havaya xəbərdarlıq atəşi açıb, nəticə olmadığına görə itlərə qarşı silah tətbiq olunub. Bundan sonra sərhəd naryadı sürünün çobanının öz atının ya­nında yerdə uzanmasını müşahidə edib, ona yaxınlaşdığı zaman isə həmin şəxsin baş nahiyəsində sıyrılmış yaranın olması aşkarlanıb. Həmin şəxsin şəxsiyyəti dəqiqləşdirilib, onun Gür­cüs­tan vətəndaşı, Saqareco rayonunun Ləmbəli kənd sakini 1993-cü il təvəllüdlü Bəşirov Ramin Nizami oğlu olması müəyyənləş­dirilib.

 

Dövlət Sərhəd Xidməti rəisinin müavini - Sərhəd Qoşunlarının Komandanı general-leytenant Əsgər Xəlilov əraziyə ezam olunub, sərhəd nümayəndələri səviyyəsində Gürcüstan sərhədçiləri ilə işçi görüş keçiril­ib.

 

Hadisə ilə əlaqədar Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluq tərəfindən müvafiq araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar