Tanınmış ekspertdən sürücülərə XƏBƏRDARLIQ

Oxunma sayı: 332
Ölkə       15 Dekabr 2019, 07:59
Tanınmış ekspertdən sürücülərə     XƏBƏRDARLIQ

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Payızın sonu olduğundan belə yağışda ağacların yarpaqları da islanaraq kütləvi şəkildə yerə tökülür. Yaş asfaltın üstündə çürüməyə hazır çoxlu yarpaqlar isə avtomobilinizin təkərlərinin asfaltla ilişməsini ciddi surətdə pisləşdirir. Ona görə də istər şəhər küçələrində, istərsə də kənar yollarda yarpaq tökülən yerlərdən keçərkən hərəkət sürətinə diqqət edin, sərt tormozlamaya və başqa sərt manevrlərə yol verməyin. Ciddi qəza şəraiti yarana bilər".

 

Azmedia.Az publika.az-a istinadən xəbər verir ki, bu sözləri tanınmış ekspert Ərşad Hüseynov deyib. O bildirib ki, ümumiyyətlə, asfalt üzərindəki istənilən biokütlə (yerə tökülmüş meyvələr, yarpaqlar, mal-qara peyini, çoxlu sayda qurbağa və ya həşaratlar və s.) sürüşmə effekti verməklə təhlükəli ola bilər: "Belə yerlərdən keçəndə sürücülər diqqətli olmalıdır".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar