Son 10 ildə ən çox yüklənən 10 mobil tətbiq - Siyahı

Oxunma sayı: 483
Texnologiya       17 Dekabr 2019, 14:30
Son 10 ildə ən çox yüklənən 10 mobil tətbiq    -  Siyahı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

  Azmedia.az dünya mətbuatına istinadən xəbər verir ki, mobil cihazlarda hər gün milyonlarca tətbiq yüklənib silinir. Son 10 ildə ən çox yüklənən 10 mobil tətbiqin siyahısı açıqlandı.

 

Qeyd edək ki, bura Android və iOS platforması daxildir və cihazların üzərində gələn tətbiqlər siyahıya daxil edilmir. Əks halda siyahının doğruluğu qeyri-müəyyən olardı.

 

Siyahıya baxdıqda heç də təəccüblü olmayan bir sıralama ilə qarşılaşırıq. Sosial media tətbiqləri lider mövqedədirlər.

 
Son 10 ildə yüklənən 10 mobil tətbiqin sıralaması çıxdı. Liderlik Facebook şirkətindədir.
 
 
Facebook
Facebook Messenger
WhatsApp
Instagram
Snapchat
Skype
TikTok
UC Browser
YouTube
Twitter
   
 
Göründüyü kimi siyahıya Facebook və Facebook-a aid tətbiqlər liderlik edir. Milyonlarca istifadəçi olan Facebook son 10 ildə ən dominant tətbiq olub. 2-ci sıranın isə Messenger olması çox normaldır. Facebook yüklədiyiniz halda Messenger-in yüklənilməsi şərtdi. Əks halda inbox-a baxmaq mümkün olmur. 
 
Buna bir növ Facebook-un məcburiyyəti demək olar. Hər nə qədər istifadəçi itirən platforma da olsa Snapchat yenə yüklənmə sayı olaraq 5-ci sıraya yerləşə bilib. Siyahıda ən diqqət çəkən tətbiqlər TikTok və UC Browser tətbiqləridir.
 
 
 Qeyd edək ki, TikTok yeni bir platforma olmasına baxmayaraq indidən ən çox yüklənənlər siyahısına daxil ola bilib. Digər maraqlı tətbiq isə UC Browser tətbiqidir. 
 
Alibaba şirkəti tərəfindən dəstəklənən və Asiya ölkələrində ciddi dərəcədə sevilən tətbiq bu siyahıya girən tək brauzer tətbiqidir. Bir çox funksiyalara malik tətbiq istifadəçilər tərəfindən bir xeyli sevilir.
 
Qaragöz Dadaşova 
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar