Netflix ilk dəfə qlobal istifadəçi sayını açıqladı

Oxunma sayı: 82
Texnologiya       18 Dekabr 2019, 16:48
Netflix ilk dəfə qlobal istifadəçi sayını açıqladı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

      Azmedia.az xəbər verir ki, Netflix bir ilk edərək ilk dəfə qlobal səviyyədə istifadəçi statistikalarını açıqladı. ABŞ və Kanada xaric digər yerlərdən olan istifadəçi sayında ciddi bir artış var. Şirkət ilk dəfə olaraq ABŞ, Kanada, Avropa, Afrika və Asiya üzrə statistik məlumatları paylaşdı. Verilən statistikaya əsasən 158 milyon abunənin yarısından çoxu digər ölkələrin payına düşərkən böyümə faizinin təxminən 90%-i də bu ölkələrin hesabına olur. 

 

2017-dən bəri Avropada istifadəçi sayı 140%, Asiya ölkələrindəki istifadəçi sayı isə 3 dəfə artıb. 

 

Həmin il Latın Amerikasında istifadəçi sayı 15.4 milyon olduğu halda 2019-da bu say 29.4 milyona çatıb. ABŞ və Kanada 2019-un ilk rübündə 67.1 milyon istifadəçi sayı və 7.4 milyard dollar gəlir ilə ilk sırada yerləşir. Lakin 2 il ərzində bu iki bölgədən olan istifadəçi sayı sadəcə 23% artıb. Nəzərə alsaq ki, Disney+, Apple TV+ və HBO Max kimi rəqiblər bazara girdi, Netflix-in işi biraz çətin olacaq. Qlobal statistik məlumatlara nəzər yetirəndə şirkətin Avropa bazarında daha çox istifadəçi qazana bilməsi potensial kimi görünür. 

 

Qaragöz Dadaşova 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar