Android 11 ilə bağlı bir yenilik daha: Qaranlıq rejim planlana biləcək

Oxunma sayı: 274
Texnologiya       21 Dekabr 2019, 16:15
Android 11 ilə bağlı bir yenilik daha: Qaranlıq rejim planlana biləcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

  Google şirkəti artıq Android 11 üzərində işləməyə başlayıb. Android 10 ilə daha stabil və performanslı bir sistemi istifadəçilərə təqdim edən şirkətin növbəti planları ortaya çıxıb. Android 10 Beta zamanında sistemdən ləğv olunan funksiya Android 11 ilə geri dönəcək kimi görünür. 

 

Android 11 ilə artıq Qaranlıq rejimi (Dark Mode) zamanlamaq mümkün olacaq. Planlanan vaxtda cihaz avtomatik qaranlıq moda keçəcək.

 

Google-ın bu funksiyanı ləğv etmə səbəbi bu idi ki, əgər funksiya aktivdisə planlanan saatda telefon bütün proqramları bağlayaraq qaranlıq moda keçirdi. Bu səbəbdən istifadəçilər gözləmədikləri anda proqramların bağlanması ilə qarşılasa bilirdilər.

 

Google rəsmilərinin bildirdiklərinə görə istifadəçilərdən gələn şikayətlər dəyərləndirilib və funksiyanın geri qaytarılmasına qərar verilib. Android 11 gələn ilin Avqust ayında təqdim ediləcək və Sentyabr-Oktyabr aylarında artıq Pixel cihazları üçün stabil olaraq yayımlanacaq.

 

Qaragöz Dadaşova 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar