"İki cümləni bir- birinin ardınca düzüb yaza bilən hər kəs jurnalist sayılmır" - BDU-nin Jurnalistika fakültəsinin dekanı

Oxunma sayı: 236
Müsahibə       6 Yanvar 2020, 09:46
"İki cümləni bir- birinin ardınca düzüb yaza bilən hər kəs jurnalist sayılmır"  - BDU-nin Jurnalistika fakültəsinin dekanı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

- Özünüzü daha çox jurnalist yoxsa pedoqoq kimi görürsüz?
 

Təbiiki jurnalist kimi görürəm çünki mənim birbaşa ixtisasım beynəlxalq jurnalistikadır. Təqribən 20 ildən çoxdur ki, bu sahə üzrə yazıram, çalışıram və bu günə qədər əldə etdiyim uğurların da çox  hissəsi jurnalistikadandır.  Ona görə də mənim üçün əsas jurnalistikadır. Lakin taleh elə gətirdi ki,  mən Bakı Dövlət Universitetində dokturanturanı da bitirdikdən sonra universitetdə qaldım və həm praktik jurnalistikanı, həm də ki, jurnalistika üzrə müəyyən elmi tətqiqatların aparılmasını birləşdirib eyni anda aparmağa müvafiq oldum. 


 

- Peşəkar jurnalist olmağın əsas şərtləri nədir? 

 Dünya görüşünün çox olması ən önəmli, şərtdir. Jurnalist birinci yazdığı sahə üzrə ixtisaslaşmağı bacarmalıdır. Daha sonra isə ümumi dünya görüşü çox olmalıdır. Çünki müsahiblər müxtəlif sahənin adamları ola bilər və müxtəlif məsələlərə toxuna bilər. Ən yaxşı jurnalist dünyagörüşü geniş olan jurnalistdir, ən yaxşı jurnalist öz sahəsini bilən və sahəsi üzrə ixtisaslaşan jurnalistdir. Jurnalist faktlardan istifadə etməyi bacarmalıdır, müşahidə qabiliyyəti olmalıdır, araşdırmağa meyilli olmalıdır, jurnalistikanın prinsipləri bunu tələb edir.  İki cümləni bir- birinin ardınca düzüb yaza bilən hər kəs jurnalist sayılmır. 

 

- Bu xüsusiyyətləri özündə birləşdirən hər kəs ali məktəb bitirmədən jurnalist ola bilər?

Mən bu fikirlə qətiyyən razı deyiləm ki hər kəs jurnalist ola bilər bunun üçün ali təhsilli jurnalist olmaq vacib deyil. Mən bununla bağlı bir müqayisə aparım. 
Mənim anam  şəkər xəstəsi və hipertonikdir. Bu səbəbdən də mən əzələdaxili iynə vura bilirəm,təzyiq , şəkər ölçə bilirəm, bunları tənzimləyə bilirəm, baş ağrısı zamanı, qızdırma zamanı hansı dərmanlardan istifadə etmək lazımdır,bilirəm. Venoz və arterial qanaxma zamanı nələr etmək lazımdır bunuda çox yaxşı bilirəm. Belədirsə o zaman mən təcili yardımda yada terapeft işləyə bilərəm? Xeyr əlbətdəki. 
Jurnalistikada belə bir şeydir yaza bilmək jurnalist ola bilmək deyil. Jurnalistikada belə bir qayda var Söz ədəbiyyatdır, fakt jurnalistika.  Jurnalistika faktlarla işləməyi öyrənən bir sahədir. Hesab edək ki,bir insan jurnalistika etikası barədə anlayışa malik deyil, tənzimləmə mexanizmini bilmir, jurnalistikanın funksiyaları barədə heçnə eşitməyib. Bütün bu və bu kimi amillərdən  xəbərsiz olan bir insanın peşəkar jurnalistikada böyük  uğurlara imza atması qeyri münkün bir haldır. 
Jurnalistika nəzəriyyə ilə praktikanın vəhdətini sevən bir ixtisasdır. Necə ki yalnız nəzəriyyəni bilməklə jurnalist olmaq mümkün deyilsə, eləcə də yalnız praktikadan gələrək peşəkar jurnalist olmaq mümkün deyil. 

 

- Bu gün Bakı Dövlət Universitetinin jurnalistika fakultəsində çatışmayan cəhət nədir?

Birmənalı və danılmaz faktdır ki, İstənilən sahədə çatışmayan, cəhətlər var. Bunu danmaq olmaz. Jurnalistika dinamik bir sahədir. Belə deyim jurnalistika fakultəsi digər fakultələrdən  digər ixtisaslardan daha gənc olması ilə seçilməlidir. Çünki gənclik, dinamiklik, novatorluq jurnalistikanın ruhundadır.  
Daha artıq çalışmaq lazımdır ki yeni nəslin cəlb edilməsi proseslərini həyata keçirək. Tam olmasa da,bu sahədə qismən axsaqlığımız var. Qalan istər texniki bazada təchizad baxımından olsun, istər profisionallıq baxımdan olsun heç bir problemimiz yoxdir.


 

- Yaxın Şərqə olan marağınız hardandır?

Mən ixtisasca beynəlxalq jurnalistika ixtisasını bitirmişəm. Həm bakalavr, həm də majistratura pillələri üzrə. 1996- cı ildən etibarən isə Azərbaycan mətbuatında çalışmışam. 
Yəqin ki, Dil biliyimin olması, Azərbaycanın özünün yaxın şərqin bir parçası hətta mən deyərdim qapısı olması, bu bölgəyə olan marağım və sevgim seçimimə təsir edib ki mən yaxın şərq üzrə yazmışam, araşdırmalar aparmışam daha sonra analtik yazılar yazmışam. Elə bu gündə analitik kimi dəvətlər alıram araşdırmalar aparıram. 

 

- Münkündürmü ki, bir jurnalist unversal olaraq bütün yada bir neçə bölgə üzrə ixtisaslaşsın? 
Bu mümkün deyil ki, peşəkar jurnalist və yaxud analitik bütün bölgələri, regionları yaxşı bilsin. Jurnalistin bir seçimi olmalıdıır və yalnız o sahəyə köklənməlidir. Çox zaman bunları unudurlar və ortaya heçdə xoş mənzərə çıxmır

 

-Hazırda Bakı Dövlət Universitetində tələbələrdə əsasən jurnalistikanın hansı yönünə maraq müşahidə edirsiniz? 

 Televiziya və radio jurnalistikasına daha çox maraq göstərirlər bu da başa düşüləndir çünki televiziyada  parlamaq daha asandır. Lakin mən qeyd edim ki,jurnalistikanın əsasını yaxşı yazı və informasiya təşkil edir. Yaxşı qabiliyyəti olan bir jurnalist həm də yaxşı televizyonçu ola bilər.  Bizim gənclərdə birdən birə efirə çıxmaq tendensiyası var. Lakin hər şeyi kökündən başlamaq lazımdır. Əks halda insan yarı yoldan geri qayıdır.  Mənə elə gəlir ki parlamaqdan çox peşəkarlaşmağa üstünlük vermək lazımdır.

 

Rəqsanə İsayeva

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar