"Azərbaycan tarix boyu dünyanın ən ağır cinayyətlərinə məruz qalıb"

Oxunma sayı: 199
Müsahibə       6 Yanvar 2020, 09:35
"Azərbaycan tarix boyu dünyanın ən ağır cinayyətlərinə məruz qalıb"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Tarix boyu ən güclü orduları biz yaratmışıq

 

 

Bu sözləri Azmedia.az-a Prezdent yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçlərin Gəncləri Marifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi ekspert Emin Həsənli özəl müsahibəsində deyib.

 

- Hərbçi kimdir ?

 
Hərbiçi olmaq ən ali peşəyə sahib olmaqdır. Ümumimilli lider demişdir -"müstəqil Azərbaycanda hər peşə şərəflidir lakin vətəni qorumaq peşəsi ən şərəfli peşədir". 

 

Hərbiçi ömrünün ən gözəl çağlarını, bütün gəncliyini, vətəninin müdafiəsi üçün sərf edir. Hərbiçi hərbi andını içəndə,  vətən naminə, dövlət naminə, xalq naminə bütün çətinliklərə dözəcəyinə and içir. Elə bizim himnimiz də başdan ayağa hərbiçilərmiz üçün yazılıb.Səndən ötrü can verməyə cümlə hazırız.  Kim can verir hərbiçilərimiz, qazilərimiz. Onlar şəhid olurlar,qazi olurlar, bədənlərinin bir hissəsini itirirlər. Səndən ötrü qan tökməyə cümlə qadiriz. Kim qan tökür yenə hərbiçilərimiz. Hüququndan keçən əsgər: Hüquqlarından kim keçir yenədə hərbiçilərimiz. Ən böyük hüquq yaşamaq hüququdur əsgər, hərbiçi bu hüquqdan da keçir. Hərbiçi yaşamaq hüququndan, istirahət hüququndan, sağlamlıq hüququndan keçir. 

Azərbaycan xalqı, Türk millətində hər zaman hərbiyə maraq olub. Tarix boyu ən güclü orduları biz yaratmışıq. Belə bir deyim var ki, “Hər türk bir əsgər olaraq dünyaya gəlir” 
Hərbiçi olmaq nizam-intizamlı olmaq, dürüst, cəsur və əsasəndə vətənə bağlı olmaq deməkdir. 

 

- Bəs indiki gənclərin hərbiyə marağı nə səviyyədədir?

Sevindirici haldır ki, maraq çox yüksəkdir. Biz hərbi məktəbllərə gedəndə tələbələrin sayının və toplanan balların ildən ilə artımının şahidi oluruq. Bizim milli qəhrəmanımız Mübariz İbrahimov hadisəsi, Aprel döyüşləri hadisələri gənclərdə dahada ruh yüksəkliyi yaratdi. 

 

- Ordumuzda texniki hazırlıq, əsgərlərimizdə mənəvi pisixoloji vəziyyət necədir?

Çox yüksək. 2016-cı ilin aprel hadisələri və 2018-ci ilin may ayında Naxıçıvanda aparılan əməliyyat ordumuzun nə qədər peşəkardır, güclüdür. Ən müasir silahlarla təchiz olunduğunu, son standartlara cavab verən texniki bazamızın olduğunu göstərdi. Ordumuz qarşıya qoyulan bütün tapşırıqları istər mənəvi-pisixoloji cəhətdən, istərsə də  fiziki güc baxımdan uğurla yerinə yetirməyə qadirdir. 

 

-Qardaş dövlət Türkiyədən Azərbaycana, Azərbaycandan da Türkiyəyə qazilər göndərilməsinin təşkilatın həyata keçirmisiniz bunun əhəmiyyəti nədədir?

Bəli biz hər il bu prosesi həyata keçiririk. 19 mayda Türkiyədə idman gənclik bayramında bizim qazilərimiz ora səfər edir.  Bakının erməni bolşeviklərindən qurtuluşunun il dönümündə 15 sentiyabrda türk qaziləri ölkəmizə təşrif buyurur. Ümummilli lider Heydər Əliyev demişdir- "biz bir millət iki dövlətik".  Qəhrəmanlıqlarımızı bölüşürük, bizim qazilərimizin bu il iki dəfə Rəcəp Tayyip Ərdoğanla görüşləri baş tutdu.  Qazilərimizə Türkiyədə böyük sevgi bəsləyirlər. Aprel döyüşlərindən sonra ordumuza böyük maraq var. Hətta filmlərində Mübariz İbrahimovdan bəhs edirlər və biz də bütün bunları görürük, qürurlanırıq. Onlar dövlətimizin qazilərə mənzil verməklə, yüksək təqaüd ayırmaqla, övladlarını yay düşərgələrinə göndərməklə vətənini laiqincə qoruyan qazilərə nə qədər dəyər verir nə qədər dəyər verdiyinin şahidi olur.  Bütün bunlardan əlavə də əməkdaşlığımızı daha da sıxlaşdırmış oluruq. 

 

-Qeyri-Hökumət təşkilatlarına dövlətimizin dəstəyi nə dərəcədədir?

Cənab prezident QHT-yə dövlət dəstəyi şurası yaradıb. 2007-ci ildə konsepsiyannı təsdiq etdi, 2008-ci il fərmanı ilə şura yaratdı. Hər il şuraya 5 milyondan artiq maliyyə dəstəyi ayırır. Artıq QHT-lərə dövlət dəstəyi şurası lahiyyələri 26-dövlət qurumu ilə birgə həyata keçirir.  Vaxtı ilə bu işlərin əsasını ümummilli lider Heydər Əliyev qoyub.  O 2002-ci ildə QHT-lər haqqında qanun qəbul etdi.1999-cu ildə də qərar qəbul etdi. Artıq cənab prezident bunları sistemləşdirdi şuranı yaratdı, gənclər fondunu yaratdi, kütləvi informasiya vasitələrinə dəstək fondu yaratdı. Və bunların hamısı dövlətdən maliyyələşir.Bir sözlə dövlətdən dəstək yüksəkdir,  Cənab prezident böyük lahiyyələr həyata keçirir.  

 

-Müsahibələrinizin birində region QHT-lərini birləşdirmək istədiyinizin şahidi oldum. Bu proses həyata keçdimi?

 

Proses gedir.  Türkdilli dövlətlərin Türk şurasının nəzdində qazi və şəhid ailələri ilə əlaqədar böyük bir federasiyanın yaradılmasını düşünürük. Türk şurası qazilər və şəhid ailələri birliyi.Qazağıstan, Türkiyə, Özbəkistan və bir sira türk dövlətləri bu məsələyə çox diqqətlə yanaşır. Düşünürəm ki, bu planları üzümüzə gələn illərdə təsis edəcəyik.

Azərbaycan tarix boyu dünyanın ən ağır cinayyətlərinə məruz qalıb. Yaşamaq hüququmuz, mülkiyyət hüququmuz əlimizdən alınıb. İşğallara məruz qalmışıq. Ona görədə beynəlxalq hüquqla Ermənistana ən ağır cəza düşür. 

 

- Bəli düşür. Bəs biz səsimizi bütün dünyaya duyura bilirikmi?

Əvvəllər bu yöndə böyük problem yaşayırdıq. Daha sonra ulu öndər xəritə əlində gəzdi və butun dünyaya bunu sübut etdi. Bu yöndə xəritələr çap olundu, disklər hazırlandı, Xocalı, Qarabağ həqiqətləri ilə əlaqədar filmlər çəkildi. Heydər Əliyev fondunun fəaliyyəti, Leyla Əliyevanın Xocalıya ədalət kompaniyyası,  ATƏT-in İstanbul sammitindəki o cür bıyanat,   İslam Əməkdaşliq komitəsi  bunlar və adlarını sadalaya bilmədiyim bu kimi addimlar nəticəsində dünyanın 20-dən artıq ölkəsi bu soyqırımı tanıdı. Təbi ki dünyada ikili standartlar var və dünya ədalətsizdir. Lakin bu bizi ruhdan salmamalıdər. Əksinə dövlətimizin günü-gündən çiçəkləndiyini görüb ruhlanmalıyıq. Bakıda gözəl idman yarışları keçirilir, konfranslar keçirilir. Elə bu Ermənistana ən böyük zərbədir. Niyə Ermənistanda da maşın yarışları keçirilmir? Niyə Ermənistanda da elmi konfranslar keçirilmir? Baxın elə bütün bunlar Ermənistan üçün zərbədir. 

 

-Sentyabrın 4-də Türkiyənin millətçi həkimlərinin görüşünü keçirdiniz. Bu görüşlə bağlı nə deyə bilərsiniz? 

 

Biz İstəyirik gələcəkdə Azərbaycan gəncləri tibbi sahədə Türkiyədə təhsil almaları üçün orda kurslar təşkil edilsin. Türkiyənin millətçi həkimləri gəlib Azərbaycanda şəhid ailələrinin, müharibə veteranlarının ailələrinin ailələrinə öz tövhələrini verəcəklər, birr neçə şəxsin Türkiyədə müalicə işini həyata keçirəcəklər. Bu il onların Azərbaycana əməkdaşlıq səviyyəsində səfəri gözlənilir. Məqsədimizdir ki, biz Azərbaycanda da bu tipli qurum yaradaq. Düzdür dövlətimiz müharibə veteranlarına, şəhid ailələrinə çox dəstək olur, lakin qardaş Türkiyənin də könüllü həkimlərindən yararlanmaqda fayda var. Türkiyənin millətçi həkimləri oz qurbanlarını qarabağda kəsmək istədiklərini bildirdilər. Bizdə onlara şərait yaratdıq ki,  onlar qurbanlarını Ağdam da Tərtər də, Bərdə də və Bakıda yaşayan Xocalılar üçün kəsməklərini təşkil etdik. Və onlar gəlib 5000-ə yaxın şəhid ailələrinə qurban payı verdilər. Bu əlaqələri daha da genişləndirmək və hər iki tərəf üçün də faydalı addımlar atmağa çalışırıq . 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar