2020-ci ildə təqdim ediləcək WhatsApp Yenilikləri

Oxunma sayı: 30
Texnologiya       30 Dekabr 2019, 14:15
2020-ci ildə təqdim ediləcək WhatsApp     Yenilikləri

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

WhatsApp 2019-cu ildə istifadəçilərə qrup mesajlarında dəvətetmə özəlliyi və xatırlatma özəlliyi kimi yeniliklər təqdim etdi. 

 

Hal-hazırda isə 2020-ci il üçün də yeniliklər hazırlanır. 

 

Azmedia.az Türkiyə mətbuatına istinadən bu yenilikləri sizə təqdim edir :

 

WhatsApp istifadəçiləri göndərdikləri mesajın nə zaman silinməsini seçə biləcək. Seçimlər arasında 1 gün, 1 həftə, 1 ay və 1 il olacaq. Əlavə olaraq bu yenilik bağlana biləcək. 

 

2020-ci ildə təqdim ediləcək yeniliklərdən biri də qaranlıq rejiminin olmasıdır. Bu rejim xüsusilə AMOLED ekrana sahib telefonların enerjiyə qənaət etməsinə kömək edəcək. 

 

Növbəti yenilik isə şəkil axtarışı olacaq. Belə ki, göndərilən şəkillər Google üzərindən axtarıla biləcək. 

 

Qeyd edək ki, bu yeniliklərin test mərhələsində olduğu bildirilir və nə zaman istifadəyə verilməsi açıqlanmayıb. 

 

Qaragöz Dadaşova 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar