Rusiyada azərbaycanlı bıçaqlandı

Oxunma sayı: 37
Kriminal       7 Yanvar 2020, 11:44
Rusiyada azərbaycanlı bıçaqlandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyanın Sankt-Peterburq şəhərinin Vıborsk rayonunda 22 yaşlı Azərbaycan vətəndaşı bıçaqlanıb. 

 

Azmedia.az 78.ru-a istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarında baş verib.

50 yaşlı azərbaycanlı yaxın qohumu olan şəxsi yaralı halda xəstəxanaya çatdırıb. 

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildiriblər. Məlumatlara görə, 22 yaşlı azərbaycanlı sinəsindən bıçaqlanıb. 

Zərərçəkmişin dayısı deyib ki, bacısı oğlu Santyaqo-de-Kuba küçəsi ilə Lunaçarsk prospektinin kəsişməsində naməlum şəxslə mübahisə zəminində xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar