"Təəssüf ki, sosial şəbəkələr çox hallarda informasiya texnologiyalarının obyektindən pedaqoji təlim vasitəsi kimi deyil, yalnız əyləncə məkanı kimi anlaşılır" Oktay Səmədov

Oxunma sayı: 286
Texnologiya       10 Yanvar 2020, 15:38
"Təəssüf ki, sosial şəbəkələr çox hallarda informasiya texnologiyalarının obyektindən pedaqoji təlim vasitəsi kimi deyil,  yalnız əyləncə məkanı kimi anlaşılır"           Oktay Səmədov

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

 Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti təkcə məktəblilərə deyil, həm də tələbələrə, xüsusilə də gələcəkdə pedaqogika, maarifçilik, jurnalistika və digər sosial yönümlü sahələrdə çalışacaq gənclərə, eləcə də şəbəkələrə xəbər, məlumat mənbəyi kimi yanaşan media nümayəndələrinə aşılanmalıdır.

 

Bu sözləri Azmedia.az-a aşıqlamasında Bakı Slavyan Universitetinin dosenti, Pedaqogika üzrə fəlsəfə doktoru, Oktay Səmədov.

 

Sosial şəbəkə gündəlik həyatda tez-tez işlətdiyimiz çoxsaylı istifadəçilərə malik olan veb-sayıtıdır. Avtomatlaşdırılmış sosial mühit  bizə müxtəlif şəraitlər yaradır məsələn: Digər şəbəkə iştirakçıları ilə ünsiyyət qurub fikir mübadiləsi aparmaq,şəbəkə daxilində maraqlar üzrə müxtəlif formalaşdırmaq və sairə kimi imkanlar verir. Tədqiqatçılar informasiya texnologiyalarının bu obyektinin bütün imkanlarından maksimum istifadə edərək, sosial şəbəkələrin insan fəaliyyətinin müxtəlif istiqamətlərində yeni tətbiq sahələrini araşdırmağa çalışırlar. 

   Son dövür müasir informasiya texnologiyalarının təhsil sahəsində də hərtərəfli kütləvi tətbiqə müşahidə olunmaqdadır. Təhsil sisteminin informasiyalaşdırılmasının əsas məqsədi müasir informasiya-kommunikasiya texnologiyalarının təhsil prosesinin onun keyfiyyətincə yəni nəticələrinin formalaşmasını resusuna çevrilməsidir. 

Bu gün əhalinin böyük hissəsi İnternetdə sosial şəbəkələrin mövcudluğundan xəbərdardır və bir çoxları da bu şəbəkələrin fəal iştirakçısıdır, lakin onların imkanlarından məqsədyönlü şəkildə istifadə edənlərin sayı təəssüf ki, azdır. İştirakçıların bu qrupunun əsasən 15-16 yaşından yuxarı gənclərdən ibarət olduğunu nəzərə alsaq, bu sosial mühitin nə dərəcədə geniş auditoriyaya malik olduğunu görərik. Bəs virtual ünsiyyət qrupuna aid edilən yeniyetmə və gənclər şəbəkə imkanlarından düzgün istifadəyə nə dərəcədə hazırlıqlıdırlar?  

Təəssüf ki, sosial şəbəkələr çox hallarda informasiya texnologiyalarının obyektindən pedaqoji təlim vasitəsi kimi deyil,  yalnız əyləncə məkanı kimi anlaşılır. Müasir dünyada növbəti texnoloji sıçrayışın baş verdiyi, yeni texnologiyaların insan həyatının tərkib hissəsinə çevrildiyi, süni intellektin yaradılması istiqamətində ciddi addımların atıldığı bir dövrdə bu texnologiyalara aid edilən bir sıra çoxfunksional kommunikasiya vasitələrinin təhsil prosesində qadağan edilməsi təklifləri də səsləndirilir. Razılaşaq ki, yeni texnologiyalar və onların sayəsində mövcud olan sosial şəbəkələr vasitəsilə bir çox problemlərin həllinə, o cümlədən, tədris kollektivinin birgə və əlaqəli fəaliyyətinin məsafədən təşkilinə, virtual təlim qrupları yaratmaqla vebinarların və konfransların, klub və dərnək məşğələlərinin, bilik yarışmaları və sınaq imtahanlarının, fərdi və kütləvi onlayn məsləhət saatlarının keçirilməsinə, müəllimlə valideyn arasında qarşılıqlı interaktiv əlaqənin yaradılmasına nail olmaq mümkündür. Bu istiqamətdə əlaqədar qurumlar və ilk növbədə Təhsil Nazirliyi tərəfindən ciddi addımlar atılır, təhsil müəssisələrinin müasir texniki avadanlıqla təchiz edilməsi, təhsil alanların elektron tədris ədəbiyyatı ilə təmin edilməsi, fənlərin tədrisində yeni informasiya texnologiyalarının geniş və çoxşaxəli tətbiqi, məktəb fəaliyyətinin sosial şəbəkələrdə əks etdirilməsi ilə bağlı tədbirlər həyata keçirilir.
   

Belə bir şəraitdə bir sıra məsələlərə, əsasən də sosial şəbəkələrlə təhsil prosesi arasında qarşılıqlı münasibətləri tənzimləyə biləcək “şəbəkə etiketinin” formalaşması, şəbəkə iştirakçılarına ünsiyyət mədəniyyətinin aşılanması ilə bağlı aktual problemlərə xüsusi diqqətlə yanaşmalıyıq. Xatırladım ki, ölkənin ümumtəhsil məktəbləri üçün “İnformatika” fənni üzrə təhsil proqramında (kurikulum) kompüter texnikasının köməyi ilə informasiya emalı proseslərinin - informasiyaların alınması, saxlanması, emalı və ötürülməsinin üsul və vasitələrinin öyrənilməsi zəruriliyinin vurğulanması ilə yanaşı, şagirdlərdə informativ-kommunikativ mədəniyyətin formalaşması kimi metodik tələbin nəzərə alınması da məqsədəuyğun hesab edilib.
Məlumdur ki, virtual məkanda ünsiyyət iştirakçıları bəzi hallarda məsuliyyətsizlik  nümayiş etdirir, mədəni ünsiyyət normalarını və əxlaq qaydalarını pozur, saxta profillər yaradaraq, digər iştirakçıların şərəf və ləyaqətinə xələl gətirən fikirlər səsləndirir, nalayiq ifadələrə və təhqirə yol verirlər. Bu cür hallar mütləq qaydada ictimai qınaq obyektinə çevrilməli, onların qarşısı kəskin şəkildə alınmalıdır. İfadə sərbəstliyi heç bir halda özbaşınalığa gətirib çıxarmamalıdır.  
   

  Sosial şəbəkələrdə ünsiyyət mədəniyyəti təkcə məktəblilərə deyil, həm də tələbələrə, xüsusilə də gələcəkdə pedaqogika, maarifçilik, jurnalistika və digər sosial yönümlü sahələrdə çalışacaq gənclərə, eləcə də şəbəkələrə xəbər, məlumat mənbəyi kimi yanaşan media nümayəndələrinə aşılanmalıdır. Bu və ya digər mövzuda müzakirələrə qoşulan, cəmiyyəti düşündürən aktual problemlərə münasibət bildirən şəbəkə istifadəçisinin paylaşımlarında əks olunan ayrı-ayrı fikirlərini peşəkarlıqdan uzaq tərzdə cəmləşdirib, müəllifdən razılıq almadan, onların reallıqda baş tutmayan müsahibə şəklində oxuculara təqdim edilməsi qətiyyən yolverilməzdir və professional jurnalistikadan uzaqdır.    
İnternet şəbəkəsində ünsiyyət mədəniyyətinin aşılanması prosesinə gənc nəslin müasir tələblərə uyğun şəkildə formalaşmasına, dərin biliklərlə, yüksək bacarıqlarla və milli-mənəvi dəyərlərə söykənən əxlaqi keyfiyyətlərlə zənginləşməsinə yönəlmiş təlim-tərbiyə işinin mühüm komponenti kimi baxılmalıdır. Bu prosesdə həm valideynlərin məktəb müəllimləri və psixoloqları ilə sıx əməkdaşlığı, həm də ümumilikdə ictimaiyyətin təhsil qurumları, media təşkilatları və sosial institutlarla əlbir fəaliyyəti mühüm əhəmiyyət kəsb edir.
Şübhəsiz ki, son dövrdə ölkəmizdə uğurla həyata keçirilən islahatlar nəticəsində fəaliyyətə başlayan yeni qurumlar, xüsusilə də təhsil sahəsində ictimaiyyətlə qarşılıqlı fəaliyyətin gücləndirilməsini təmin etmək məqsədi ilə Təhsil Nazirliyi yanında yaradılmış və tərkibi tanınmış ziyalılardan, peşəkar və təcrübəli mütəxəssislərdən ibarət olan İctimai Şura bu sahədə mövcud problemlərin müzakirəsi və həllində fəal iştirak edəcək, məsləhət və tövsiyələrini verəcək, maraqlı və səmərəli təkliflər irəli sürəcəklər.
“Şəbəkə etiketinin” formalaşması “Facebook”, “İnstagram”, “Twitter”, “Google+” kimi sosial şəbəkələrin əyləncə məkanından intellektual zənginləşmə üçün faydalı informasiya mənbəyinə çevrilməsində olduqca mühüm amildir.
 

  İnformasiya cəmiyyətində ünsiyyət mədəniyyətinin ayrılmaz tərkib hissəsi olan sosial şəbəkələrdən istifadə mədəniyyətinin təşəkkül tapması və inkişafında cəmiyyətin hər bir üzvü öz səylərini əsirgəməməlidir.
 

Bakı Slavyan Universitetinin dosenti,
Pedaqogika üzrə fəlsəfə doktoru,
Oktay Səmədov

 

Rəqsanə İsayeva 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar