Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi

Oxunma sayı: 376
Ölkə       14 Yanvar 2020, 09:45
Mehriban Əliyeva Xoşbəxt Yusifzadəni təbrik etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi ilə bağlı paylaşım edib. 

 

Azmedia.az xəbər verir ki, bununla bağlı “Instagram” hesabında məlumat paylaşılıb:

 

“Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin 90 yaşı tamam olur. Xoşbəxt müəllim Azərbaycanın neft salnaməsinə parlaq səhifələr yazmış canlı əfsanədir. O, əsl Azərbaycan ziyalısı kimi şəxsi keyfiyyətləri, biliyi, zəngin təcrübəsi, elmi və əməli fəaliyyəti ilə bütün xalqımızın səmimi sevgi və hörmətini qazanmışdır.

 

Bu əlamətdar gündə Xoşbəxt müəllimi 90 illik yubileyi və Azərbaycan Respublikasının ən yüksək dövlət təltifi olan “Heydər Əliyev” ordeni ilə təltif edilməsi münasibətilə səmimi qəlbdən təbrik edir, ona möhkəm cansağlığı diləyir və ən xoş arzularımı çatdırıram!” 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar