Polis quldurluq edən Vahimi tutdu

Oxunma sayı: 451
Hadisə       14 Yanvar 2020, 13:34
Polis quldurluq edən Vahimi tutdu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Binəqədi rayonunda quldurluq edən şəxs saxlanılıb.

 

Azmedia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirilib.

 

Verilən məlumata görə, Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini C.Əliyev yanvarın 13-də saat 15 radələrində S.Məmmədova küçəsində 1 nəfərin onu bıçaqla hədələyərək pulunu aldığını bildirib.

 

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Vahim İsmayılov polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar