Salyanda kütləvi dava: 2 nəfər bıçaqlandı - FOTOLAR

Oxunma sayı: 658
Ölkə       14 Yanvar 2020, 13:38
Salyanda kütləvi dava: 2 nəfər bıçaqlandı      - FOTOLAR

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Salyanda bıçaqlanma hadisəsi baş verib.

 

Hadisə ötən gün axşam saatlarında Salyan şəhəri Zeynalabdin Tağıyev küçəsindəki parkda qeydə alınıb. Belə ki, kütləvi dava zamanı rayonun Bəydili kənd sakini, 1994-cü il təvəllüdlü Tərlan Əhmədağa oğlu Qasımov və onun dostu Aşağı Kürkənd kənd sakini, 1995-ci il təvəllüdlü Təhmasib İbad oğlu Şirəliyev tanımadığı şəxslər tərəfindən bıçaqlanıb. Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılan yaralılar cərrahiyyə şöbəsində əməliyyat olunaraq xəstəxanaya yerləşdirilib.

 

Tərlan Qasımovun dediyinə görə, marketlərdən bazarlıq etmək məqsədi ilə şəhərə gəlib. Parkın yaxınlığından keçərkən dostu Təhmasib Şirəliyevin tanımadığı 5-6 nəfər tərəfindən döyüldüyünü görüb. Onları ayırmaq istəyərkən bu hadisə baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar