Bir övlad Türkiyə, digəri isə Azərbaycan millisində - Atası fəxr edir

Oxunma sayı: 557
İdman       14 Yanvar 2020, 14:02
Bir övlad Türkiyə, digəri isə Azərbaycan millisində -     Atası fəxr edir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bəzi ailələrdə futbolçu qardaşlar fərqli millilərdə oynayır. Bir neçə ulduz futbolçunu buna misal gətirmək olar.

 

Azmedia.az milli.az-a istinadən xəbər verir ki, Azərbaycanın U-21 millisinin üzvü Ozancan Kökcünün qardaşı Orkun Kökcü ötən ilin sonunda Türkiyə yığmasını seçdiyini bəyan etdi. Bir qardaş Azərbaycan, digər isə Türkiyə millisində oynayacaq. Futbolçuların atası Halis Kökcü açıqlamasında bununla fəxr etdiyini bildirib:

 

"Qitənin ən köklü klublarında yetişib, Avropa mədəniyyətinin mərkəzində olsalar da, övladlarım əsl türkdür. Türk oğullarım - Ozanla Orkun sona qədər belə qalacaq. Biri Azərbaycan, digəri də Türkiyə yığmasında oynamağın qürurun, şərəfin, məsuliyyətin və zövqünü yaşayır. Bizə də bu qardaşları alqışlamaq və dəstəkləmək düşür". 

 

Orkun Kökcü "Feyenoord"un yetirməsidir və o, əsas komandanın aparıcı üzvüdür. Ozancan isə yayda "Sabah" klubuna keçib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar