Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var - SİYAHI

Oxunma sayı: 521
Ölkə       14 Yanvar 2020, 15:55
Nazirlikdə işləmək istəyənlərin nəzərinə! 435 iş yeri var -     SİYAHI

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Kənd Təsərrüfatı Nazirliyi 435 inzibati vakant dövlət qulluğu vəzifəsinə qəbul üçün müsabiqə üzrə müsahibə elan edib.

 

Azmedia.az xəbər verir ki, yanvarın 13-dən bu vakant vəzifələr üzrə sənəd qəbulu başlayıb. Təqdim olunmuş vakant vəzifələr üzrə vəzifə təlimatları, müsahibə proqramları Dövlət İmtahan Mərkəzinin internet portalında yerləşdirilib.

 

Müsahibə mərhələsi üzrə qeydiyyat fevralın 11-dək davam edəcək.

 

Kənd Təsərrüfatı Nazirliyi hüquqşünas, maliyyə, informasiya texnologiyaları, aqrar sahədə ixtisas almış aqronom, bioloq, zooloq, baytar, torpaq üzrə mütəxəssis və zoomütəxəssisləri, maliyyə-təsərrüfat fəaliyyəti üzrə müvafiq ixtisası olan şəxsləri müsahibələrdə iştiraka dəvət edir.

 

Təqdim olunan vakant vəzifələr Kənd Təsərrüfatı Nazirliyinin Mərkəzi Aparatı, Dövlət Aqrar İnkişaf Mərkəzlərində bitkiçilik və heyvandarlıq sektoru, maliyyə-təsərrüfat sektoru və texniki nəzarətin təşkili sektoru üzrə müəyyənləşib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar