Binədə “Mercedes” piyadanı vurub öldürdü

Oxunma sayı: 712
Qəza       14 Yanvar 2020, 16:21
Binədə “Mercedes” piyadanı vurub öldürdü

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Paytaxtın Xəzər rayonunun Binə qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

 

Azmedia.az Daxili İşlər Nazirliyindən verilən məlumata əsasən bildirir ki, yanvarın 13-də saat 13 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində Bakı şəhər sakini Z.Allahverdiyev idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə yolu keçən paytaxt sakini Mayıl Ağayevi vurub.

 

Qeyd edilir ki, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Xəzər RPİ tərəfindən araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar