Bakıda maşın vəzifəli şəxsin üstündən keçdi - TƏFƏRRÜAT

Oxunma sayı: 32
Qəza       16 Yanvar 2020, 13:04
Bakıda maşın vəzifəli şəxsin üstündən keçdi     - TƏFƏRRÜAT

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Yanvarın 13-də axşam saatlarında Xəzər rayonu Binə qəsəbəsində baş vermiş ağır yol nəqliyyat-hadisəsi nəticəsində vəfat edən şəxsin Ədliyyə Nazirliyinin əməkdaşı olduğu ortaya çıxıb.

 

Azmedia.az Publika.az-a istinadən xəbər verir ki, qəsəbədə yerləşən “Rəşad” yanacaqdoldurma məntəqəsinə yanacaq gətirən yük avtomobilinin üzərindən keçdiyi 1973-cü il təvəllüdlü Ağayev Mayil Ağəli oğlu Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı cəzaçəkmə müəssisəsinin komendantı olub.

 

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində cinayət işi açılıb.

 

Bildirilir ki, hadisə M.Ağayev yolun kənarında dayanarkən baş verib. Hadisə nəticəsində onun bədəni hissələrə ayrılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar