Novruz bayramında bu bölgələrə qar yağdı - FAKTİKİ HAVA

ÖLKƏ

20 Mart 2024 10:45

Oxunma sayi: 713
Novruz bayramında bu bölgələrə qar yağdı -  FAKTİKİ HAVA

Martın 20-si saat 10:00-a olan faktiki hava açıqlanıb. 

ETSN Milli Hidrometeorologiya Xidmətindən Azmedia.Az-a verilən xəbərə görə, martın 20-si saat 10:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisində hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə leysan xarakterli intensiv olub, dağlıq rayonlarda qar yağıb.

Qar örtüyünün hündürlüyü Şahdağda 43 sm, Qrızda 32 sm, Daşkəsəndə 24 sm, Ordubadda 6 sm olub.

Zaqatalada 53 mm, Şəkidə 39 mm, Şərurda 38 mm, Oğuzda 33 mm, Balakən, Mingəçevirdə 26 mm, Naxçıvan, Qəbələdə 24 mm, Göyçay, Beyləqan, Sədərəkdə 21 mm, Lənkəran, Gədəbəydə 20 mm, Yevlax, Ağdamda 16 mm, Qubada 15 mm, Astara, Zərdabda 14 mm, Şahbuz, Ordubadda 12 mm, İmişli, Culfa, Qusar, Tərtər, Qobustan, Kürdəmir, Sabirabad, Biləsuvar, Yardımlı, Naftalan, Neftçalada 11 mm-dək, Bakıda və Abşeron yarımadasında: Maştağada 24 mm, Binədə 18 mm, Bakı, Sumqayıtda 16 mm, Pirallahıda 12 mm-dək olub.

Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 23-27 m/s-dək güclənib.

Neft Daşları stansiyanın məlumatına əsasən dalğanın hündürlüyü 3.4 metrə çatıb.

Daşkəsən, Qrız, Naxçıvan, Şahbuz, Göygöl, Balakən, Qəbələ, Şəki, Qax, Sumqayıtda duman müşahidə olunub. Görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 5-7, Naxçıvan MR-da 5, Aran rayonlarında 8 dərəcəyədək isti, dağlıq rayonlarda 1 dərəcəyədək şaxta, yüksək dağlıq ərazilərdə 7 dərəcəyədək

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!