Nusret 300 min dollarlıq təklifə YOX DEDİ

MARAQLI

30 Aprel 2024 16:43

Oxunma sayi: 523
Nusret 300 min dollarlıq təklifə  YOX DEDİ

Türkiyəli məşhur aşpaz Nusret Gökçe yeni xəbərlə gündəmə gəlib. 

Azmedia.Az  bildirir ki, markasının dəyəri 2 milyard dollara çatan Nusret ad günü qonaqlıqlarından birinə dəvət edilib.

Ona qonaqlara ət yeməkləri təqdim etmək və "Salt Bae" şousu göstərmək üçün 300 000 dollar təklif edilib.

Aşpaz şəxsi təyyarə ilə olduğu yerdən görtürülüb Livana aparılacaq və orada qonaqlığa qatılacaqdı.

Lakin Nusret bu təklifi rədd edib. Bunu aşpaz markasının adına zərər gəlməsin deyə edib. 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!