“Nyukasl”dan möhtəşəm geridönüş: Yeddi qol vuruldu - VİDEO

İDMAN

30 Mart 2024 20:39

Oxunma sayi: 171
“Nyukasl”dan möhtəşəm geridönüş: Yeddi qol vuruldu -  VİDEO

İngiltərə Premyer Liqasının 30-cu turu çərçivəsində “Nyukasl” “Vest Hem”i qəbul edib.

Matçda ilk qolu ev sahibləri vursalar da, oyunun gedişində 1:3 hesabı ilə geri düşüblər. Lakin “sağsağanlar” təslim olmayaraq rəqibin qapısından 3 ardıcıl top keçirməklə yekunda 4:3 hesablı qələbəyə nail olublar.

Hazırda 43 xala malik “Nyukasl” turnir cədvəlində 8-ci pəllədədir. Onu bir xal qabaqlayan “Vest Hem” isə 7-cidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!