Odessanın mərkəzinə ballistik raketlərlə hücum: Ölən və yaralananlar var - VİDEO

DÜNYA

01 May 2024 16:40

Oxunma sayi: 336
Odessanın mərkəzinə ballistik raketlərlə hücum:  Ölən və yaralananlar var - VİDEO

Mayın 1-nə keçən gecə Rusiya hərbçiləri Odessanın mərkəzinə hücum ediblər.

Bunu vilayət mülki administrasiyasının rəhbəri Oleq Kiper deyib.

Onun sözlərinə görə, hücum ballistik raketlərlə həyata keçirilib. Nəticədə biri polis olmaqla üç nəfər həlak olub, üç nəfər yaralanıb.

Odessa meri Gennadi Truxanov da hücum nəticəsində yaşayış binalarına və mülki infrastruktura ziyan dəydiyini bildirib.

Bu, son günlər Odessada insanların ölümünə səbəb olan ikinci zərbədir. Aprelin 29-da axşam saatlarında Literaturnaya küçəsi yaxınlığındakı bənd atəşə tutulub, nəticədə beş nəfər həlak olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!