Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib

İQTİSADİYYAT

11 Oktyabr 2019 14:28

Oxunma sayi: 503
Ötən il Azərbaycanda 3 min 166,8 hektar soya əkilib

2018-ci ildə Azərbaycan ərazisində 3166,8 hektar sahədə soya bitkisi əkilib.

 

Azmedia.Az Trend-ə istinadən xəbər verir ki, il ərzində soya bitkisi ən çox Ağcəbədi rayonunda əkilib. Rayon ərazisində 2 min 113 hektar ərazidə soya bitkisi yetişdirilib.

 

Ötən il, həmçinin, Beyləqan rayonunda 863 hektar sahədə soya bitkisi əkilib.

 

Bundan başqa, Kürdəmir, Hacıqabul, Oğuz, Qax, Zaqatala, Tərtər, Samux və Şabran rayonlarında da soya əkini aparılıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!