“Paşinyan 5 milyard dollara beş rayonu qaytarmağa razılaşıb” Qarabağla bağlı SENSASİYALI AÇIQLAMA

SİYASƏT

27 Sentyabr 2019 16:35

Oxunma sayi: 355
“Paşinyan 5 milyard dollara beş rayonu qaytarmağa razılaşıb”   Qarabağla bağlı SENSASİYALI AÇIQLAMA

“Ermənistanın baş naziri Paşinyan 5 milyard dollar pulun müqabilində Qarabağ ətrafındakı beş rayonu Azərbaycana qaytarmağa razılıq verib”.


Azmedia.az Azpost.info-ya istinadən bildirir ki, belə sensasiyalı məlumatla Rusiyanın məşhur “Nezavisimaya Qazeta” çıxış edib.


Qəzet Putinin Yerevana səfəri ərəfəsində rus-erməni münasibətlərini şərh edən məqalə yayıb.


Yazıda vurğulanır ki, baş nazir Paşinyanın əsas məqsədi işğal edilmiş Dağlıq Qarabağda özünün tərəfdarı Mais Maliyanı hakimiyyətə gətirmək və beş rayonu Azərbaycana qaytarmaqdır: 


“Bu, ABŞ prezidentinin sabiq müşaviri Boltonun planıdır. 2019-cu ilin yayında Vaşinqtonda Ermənistanın xarici işlər naziri Mnaskanyan beş rayonun qaytarılması müqabilində 5 milyard dollar almağa razılıq verib”.   


Yazıda deyilir ki, 2018-ci ilin aprelində “məxməri inqilab”adlı ilə baş tuutmuş siyasi fırıldaq nəticəsində Sərksiyan hakimiyyəti Paşinyana ötürüb: 


“İl yarımdan sonra Ermənistan avtoritar dövlətə çevrilib.  Orada Ermənistan qanunları yox, qərb QHT-lərnin nizamnamələri at oynadır. Ermənistan ABŞ-ın geopolitik maraqlarının orbitinə düşüb”-deyə yazıda qeyd olunub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!