Paşinyan: Azərbaycanın bəhs etdiyi kəndlərə iddia etmirik

SİYASƏT

31 Mart 2024 02:18

Oxunma sayi: 172
Paşinyan: Azərbaycanın bəhs etdiyi kəndlərə iddia etmirik

Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin ərazisində yerləşən Azərbaycana məxsus anklav və eksklavlarına iddia etmədiyini bildirib.

Azmedia.Az xəbər verir ki, bu barədə hökumət başçısı Artaşat şəhərində partiyadaşları ilə görüşdə danışıb.

“Biz heç vaxt bu kəndlərə iddia etməmişik <…> Siyasi mövqeyimiz isə belədir: biz ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədlərindən kənar ərazilərə, o cümlədən Azərbaycanın bəhs etdiyi bu kəndlərə iddia etmirik”, – siyasətçi vurğulayıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!