Paşinyan təzyiqlərə dözmədi: İstefa verir, növbədənkənar seçki keçirir - KİV

SİYASƏT

01 Aprel 2024 11:31

Oxunma sayi: 146
Paşinyan təzyiqlərə dözmədi: İstefa verir, növbədənkənar seçki keçirir - KİV

Ermənistan Baş naziri Nikol Paşinyan Tavuş vilayətində vəziyyəti sakitləşdirmək üçün istefa verəcək.

Azmedia.Az xəbər verir ki, bu barədə Ermənistanın “Joğovurd” qəzeti yazıb.

Qeyd edilib ki, bununla əlaqədar Baş nazir partiyasının təcili iclasını keçirib.

“Azərbaycanın anklavlarla bağlı tələbləri o qədər güclənib ki, Paşinyan müvəqqəti hakimiyyətdən getməyə qərar verib, bununla da özünü və hökumətini “xilas etməyi” düşünür”, – qəzet iddia edir.

Nəşrin yazdığına görə, növbədənkənar parlament seçkiləri sentyabrın 10-da keçirilməlidir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!