“Piyadalar, diqqətli olun!” şərti adı altında Biləsuvarda profilaktik tədbirlər keçirilib

ÖLKƏ

02 May 2024 20:00

Oxunma sayi: 603
“Piyadalar, diqqətli olun!” şərti adı altında Biləsuvarda profilaktik tədbirlər keçirilib

“Piyadalar, diqqətli olun!” şərti adı altında Biləsuvarda profilaktik tədbirlər keçirilib.

Piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədi ilə nəzarət-profilaktik tədbirlər daha da gücləndirilib. 

Azmedia.Az-ın məlumatına görə, bu istiqamətdə hərəkət iştirakçıları, xüsusilə piyadalar arasında intizamın möhkəmləndirilməsi məqsədilə respublika ərazisində "Piyadalar, diqqətli olun!" şərti adı altında hərəkətin təhlükəsizliyi həftəliyi keçirilir.

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən “Piyadalar, diqqətli olun” şərti adı altında profilaktik tədbirlər keçirilib. Yol polisləri piyada keçidindən düzgün istifadə etməyən şəxslərlə marifləndirici söhbətlər aparıblar. Xəbərdarlıqlara riayət etməyən piyadalar barəsində inzibati protokol tərtib edilib. Bununla yanaşı, yol polisləri ümumtəhsil məktəblərində keçirdikləri görüşlər zamanı məktəblilərə piyada keçidlərindən düzgün istifadə qaydaları barədə məlumatlar verilib, yol hərəkəti qaydalarına riayət etməyin vacibliyi tövsiyə olunub.

 

Tural Ədalətoğlu

Azmedia.Az

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!